Bank Of Baku

UEFA rəsmisi Uilyam Qalyard: “Azərbaycan-Ermənistan oyunları ilə bağlı yekun qərar iyunun 23-də günün ikinci yarısında açıqlanacaq”

UEFA rəsmisi Uilyam Qalyard: “Azərbaycan-Ermənistan oyunları ilə bağlı yekun qərar iyunun 23-də günün ikinci yarısında açıqlanacaq”
# 21 iyun 2007 14:57 (UTC +04:00)
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Ermənistan yığmaları arasında oyunların keçiriləcəyi yerlə bağlı yekun qərar iyunun 23-də günün ikinci yarısında açıqlanacaq. Bu haqda “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında UEFA-nın sözçüsü Uilyam Qalyard məlumat verib. UEFA rəsmisinin sözlərinə görə, bu məsələ UEFA İcraiyyə Komitəsinin (İK) Hollandiyanın Herenven şəhərində baş tutacaq iclasında mütləq müzakirə olunacaq: “Məsələ gündəliyə salınmasa da, bu barədə İcraiyyə Komitəsinin qarşıdakı toplantısında mütləq müzakirələr aparılacaq. Azərbaycan-Ermənistan oyunlarının yeri ilə bağlı yekun qərar iyunun 23-də keçiriləcək iclasdan sonrakı mətbuat konfransında elan olunacaq”. U. Qalyard rəsmi qərarın AFFA-ya elə həmin gün göndəriləcəyini söyləyib. O, həmçinin, vurğulayıb ki, İK-nın iclasına nə Azərbaycan, nə də Ermənistan futbol federasiyasından nümayəndə dəvət edilib.
Qeyd edək ki, İK-nın gündəliyinə Azərbaycanla Ermənistan yığmalarının qarşılaşmalarına dair məsələ salınmayıb. Toplantıda bu məsələ gündəlikdən kənar müzakirəyə çıxarılacaq. İK üzvləri müzakirələri iyunun 22-də Bakı vaxtı ilə saat 17:00-dən 20:30-dək, ertəsi gün saat 12:00-dan 15:00-dək aparacaqlar. Bakı vaxtı ilə saat 15:15-də isə “Trip” zalında mətbuat konfransı keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR