Bank Of Baku

“Karvan”ın yeni məşqçilərinin təqdimetmə mərasimi keçirilib

“Karvan”ın yeni məşqçilərinin təqdimetmə mərasimi keçirilib
# 21 iyun 2007 15:26 (UTC +04:00)
Bu gün Yevlaxın “Karvan” klubunun yeni məşqçilərinin təqdimetmə mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə çıxış edən “Karvan”ın baş məşqçisi Təbriz Həsənov köməkçiləri Vidadi Rzayevlə Mahir Əliyevi mətbuat nümayəndələrinə təqdim edib. T. Həsənov bu məşqçilərə üstünlük verməsinin təsadüfi olmadığını qeyd edib: “Vidadi Rzayevə hamımız futbolçu kimi yaxşı bələdik. Mən Vidadini uşaqlından tanıyıram. Artıq futbolçu karyerasını başa vuran Vidadi məşqçiliyə başlamaq istəyir. Biz də ona bu işdə kömək etməyi məqsədəuyğun saydıq. Vidadinin məşqçiliyi də yaxşı bacaracağına inanıram. Mahir Əliyevlə də uşaqlıqdan tanışıq. Onunla “Qarabağ”da bir yerdə oynamışıq. Mahir indiyədək artıq baş məşqçi işləyərək, müəyyən təcrübə qazanıb. Hesab edirəm ki, onun bu cəhətdən bizə köməyi dəyəcək. Yaxşı tanıdığım insanların mənə kömək etməsini istədim. Həm Vidadi Rzayevə, həm də Mahir Əliyeva dəvətimi qəbul etdiklərinə görə minnətdaram”. T. Həsənov köməkçilərinin məşqçilik təhsillərini artırmalarının planda olduğunu söyləyib: “Məşqçilikdə təhsil də vacib şərtdir. Mən “Karvan”da məşqçi işlədiyim dövrdə Ukraynada həm B, həm də A kateqoriyasını aldım. Klubumuz B kateqoriyası olan Mahir Əliyevin A kateqoriyasını, məşqçiliyə yenicə başlayan Vidadi Rzayevin isə bu sahədə ilk dərəcəni almasına imkan yaradacaq”. T. Həsənov “Karvan”da üç il bir yerdə işlədiyi Zakir Mahmudovla yollarını ayırdıqlarını söyləyib. “Karvan”n yeni çalışdırıcısı komandaya qapıçılarla işləyən məşqçi dəvət etmək fikrində olduğunu da qeyd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR