Bank Of Baku

“Karvan” Vadim Vasilyevlə yollarını ayırıb

“Karvan” Vadim Vasilyevlə yollarını ayırıb
# 21 iyun 2007 16:06 (UTC +04:00)
Yevlaxın “Karvan” klubu 35 yaşlı hücumçusu Vadim Vasilyevlə yollarını ayırıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının sabiq hücumçusunun gedişi qarşılıqlı razılaşma əsasında olub. Bu ilin yanvarında “Olimpik”dən “Karvan”a keçən hücumçunun klubla müqaviləsinin müddəti başa çatmayıb.
Bununla yanaşı, “Karvan” daha iki oyunçunu transfer edərək, yeni futbolçularının sayını altıya çatdırıb. Bunlar birinci dəstədə çıxış edən “Neftçi-2” komandasından gəlmiş Emil Hüseynovla Orxan Məmmədovdur. Onlar “Neftçi-2”də “Karvan”a yeni məşqçi təyin edilən Mahir Əliyevin rəhbərliyi altında çıxış ediblər. Hazırda sərəncamında 22 futbolçu olan T.Həsənov oyunçuların sayını 25-ə çatdırmağı planlaşdırıb.
Qeyd edək ki, iyunun 20-də Bakıda bir araya gələn “Karvan” ilk olaraq futbolçularını tibbi müayinədən keçirib. Komandanın hazırlığına üç legioner Fil Dişi Sahilindən olan hücumçu Süleyman Kamara, braziliyalı yarımmüdafiəçi Markos Fereyra və türkmənistanlı yarımmüdafiəçi Məkan Nəsirov qatılmayıb. S. Kamara müəyyən problemlər səbəbindən üç gün ərzində Bakıda olacağı barədə “Karvan” rəsmilərinə məlumat bildirib. Yaxınlarda Braziliyada toyu olan M. Fereyra iyunun 28-də geri qayıdacaq. Türkmənistan yığmasının heyətində iyunun 25-də Qətər millisi ilə səfərdəki görüşün iştirakçısı olacaq M. Nəsirov isə iyunun 26-da Bakıda olmalıdır.
Xatırladaq ki, “Karvan” digər legionerləri - gürcüstanlı müdafiəçi Aleksandr İntskirveli, yarımmüdafiəçi Qoça Trapaidze və hücumçu Roman Axalkatsi ilə yeni müqavilə imzalayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR