Bank Of Baku

Daha beş futbolçunun “MKT-Araz”a transferi rəsmiləşib

Daha beş futbolçunun “MKT-Araz”a transferi rəsmiləşib
# 21 iyun 2007 16:39 (UTC +04:00)
Azərbaycanı UEFA kubokunda təmsil edəcək İmişlinin “MKT-Araz” klubu heyətini gücləndirməkdə davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, klubdaha beş futbolçunu transfer edib. 26 yaşlı müdafiəçilər Aftandil Hacıyev, Zaur Həşimov, Ayxan Abbasov, 27 yaşlı yarımmüdafiəçi Elmar Baxşıyev və 27 yaşlı hücumçu Elşən Məmmədov “MKT-Araz”ın yeni futbolçularıdır. Bir illik müqavilə imzalanan bu futbolçulardan A. Hacıyev istisna olmaqla, qalanları “İnter”dən gəlib. A. Hacıyev isə son il yarımı “Neftçi”də keçirib. “MKT-Araz”ın yeni transferlərindən E. Baxşıyevlə Z. Həşimov Azərbaycan milli komandasının üzvləridir.
Qeyd edək ki, “MKT-Araz” bu futbolçulara qədər millimizin sabiq üzvləri - “Karvan”ın 31 yaşlı müdafiəçisi Kamal Quliyev, “İnter”in 28 yaşlı yarımmüdafiəçisi Ruslan Poladov və “Neftçi”nin 29 yaşlı hücumçusu Fərrux İsmayılovu da transfer edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR