Bank Of Baku

Braziliyalı futbolçu Linkolnun “Qalatasaray”a keçidi ilə əlaqədar rəsmi razılaşma əldə olunub

Braziliyalı futbolçu Linkolnun “Qalatasaray”a keçidi ilə əlaqədar rəsmi razılaşma əldə olunub
# 22 iyun 2007 08:14 (UTC +04:00)
Türkiyənin “Qalatasaray” klubu braziliyalı futbolçu Linkolnun keçidini həll edib. “APA-Sport” agentliyinin məlumatına görə, İstanbul təmsilçisinin rəsmiləri ilə futbolçunun məxsus olduğu Almaniyanın “Şalke 04” klubunun rəhbərliyi arasında rəsmi razılaşma əldə olunub. Almanlar braziliyalı pleymeykerin keçidinin qarşılığında 8,5 milyon avro tələb etsə də, uzun sürən danışıqlardan sonra bu məbləğ 5 milyon avroya endirilib. Linkoln özü isə 4 illik müqaviləyə əsasən “Qalatasaray”da ilinə 2,5 milyon avro qazanacaq. Hazırda Braziliyada istirahətdə olan 28 yaşlı futbolçu yaxın günlərdə İstanbula gələrək rəsmi müqavilə imzalayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR