Bank Of Baku

Qadınlardan ibarət “Ruslan-93” klubu Azərbaycan çempionatının qalibi elan olunub

Qadınlardan ibarət “Ruslan-93” klubu Azərbaycan çempionatının qalibi elan olunub
# 22 iyun 2007 11:41 (UTC +04:00)
Qadın futbolçulardan ibarət “Ruslan-93” klubu III Azərbaycan çempionatının qalibi elan olunub. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt komandasının bu titulu qazanması AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilmiş iclasında rəsmiləşib. Toplantıda qadın futbolçular arasında ölkə çempionatının son turunda baş verən insident müzakirəyə çıxarılıb. Nəticədə “Ruslan-93”-“Səbuhi” oyunun yarımçıq dayandırılmasında günahkar hesab edilən qonaq komandaya texniki məğlubiyyət verilib. “Ruslan-93”-ün üzvləri Yelena Şapavalenko və Gözəl Zakirova, eləcə də “Səbuhi”dən Aytən Mehbalıyeva və Tünzalə Süleymanova rəqibi bilərəkdən vurduğundan iki oyunluq diskvalifikasiya edilib. Hər iki komanda 200 manat cərimələnib. “Səbuhi” meydanı özbaşına tərk etdiyinə görə, əlavə 500 manat cəriməyə məruz qalıb.
Yarımçıq qalan digər matç - “Neftçi”-“Vətən” görüşünün nəticəsi isə olduğu kimi saxlanılıb (11:0). “Vətən” fasilədən sonra oyunu davam etdirməkdən boyun qaçırdığı üçün 500 manat cərimə edilib. Baş məşqçi Zamin Əsədullayev isə komandanı bu işə vadar etdiyindən barəsində ciddi tədbirlər görülməsi qərara alınıb. NİK-in qərarına əsasən, “Ruslan-93” 15 xalla tarixində ilk dəfə çempionluq tituluna yiyələnib. Eyni xala malik “Neftçi” ikinci yeri tutub. “Neftçi” şəxsi göstəricilər baxımdan “Ruslan-93”-dən irəlidə olsa da, top fərqinə görə gümüş medallarla kifayətlənməli olub. Bu komandanın çempion olması üçün 12 qol çatmayıb. Qızıl medallara sahib çıxan “Ruslan-93” Azərbaycanı UEFA kubokunda təmsil edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR