Bank Of Baku

AFFA Elçin Məmmədovun xahişini rədd edib

AFFA Elçin Məmmədovun xahişini rədd edib
# 22 iyun 2007 12:58 (UTC +04:00)
AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilən iclasında hakim Elçin Məmmədovun müraciətinə baxılıb. “APA-Sport” agentliyinin məlumatına görə, E. Məmmədov günahsız hesab olunması, cəzalandırılması ilə bağlı qərarın dəyişdirilməsi üçün bu il iyunun 21-də NİK-in sədri Tofiq Fətullayevə məktub ünvanlayıb. NİK üzvləri həmin müraciətə baxaraq, E. Məmmədov barəsində qərarı dəyişməz saxlayıblar.
Qeyd edək ki, E. Məmmədov 2006-cı il oktyabrın 25-də AFFA-nın “Əsasnamə və Nizam-İntizam Qaydaları”nın 61-ci maddəsinə əsasən hakimlikdən iki illik uzaqlaşdırılıb. Milli dərəcəli hakim AFFA-nın sabiq baş katibi Fuad Əsədovun şərəf və ləyaqətini alçaltdığına görə cəzalandırılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR