Bank Of Baku

“Bakı”nın yeni futbolçularının təqdimetmə mərasimi keçirilib

“Bakı”nın yeni futbolçularının təqdimetmə mərasimi keçirilib
# 22 iyun 2007 16:37 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, mərasimdə yeni transferlərə daşıyacaqları formalar təqdim olunub. İ. Əbdürəmanov 5, M. Namazov 8, Ə. Ticani 17, İ. Rodriges 18, B. İliç 19, C. Məhərrəmov 20, A. Nikolov 21, V. Əliyev isə 22 nömrəli forma alıb. Qeyd edək ki, “Bakı”nın transfer etdiyi legionerlərdən B. İliç serbiyalı, A. Nikolov bolqarıstanlı, Ə. Ticani nigeriyalı, İ. Rodriges isə paraqvaylıdır. İlk üç legionerdən fərqli olaraq İ. Rodriges üçün “Bakı” Azərbaycanda çıxış edəcəyi ilk klub olacaq. B. İliç Ağdamın “Qarabağ”, A. Nikolov Tovuzun “Turan”, Ə. Ticani isə Qusarın “Şahda𔝠klubunda çıxış edib. Yerli transferlərdən İ. Əbdürəhmanov “Bakı”ya Zaqatalanın “Simurq”, C. Məhərrəmov Yevlaxın “Karvan”, V. Əliyev Qəbələnin “Gilan”, M. Namazov Bakının “İnter” klubundan keçib.
Tədbirdə jurnalistlərin suallarını cavablandıran “Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev İntertoto kubokunda oyunlara hazırlığa az vaxt olmasına baxmayaraq, futbolçuların hazırlıq prosesində, keçirilən yoxlama oyunlarında yaxşı təsir bağışladığını söyləyib: “Əsas problemimiz yeni futbolçuları qısa vaxtda komandaya uyğunlaşdırmaqdır. “Daçiya” ilə oyunlarda əsasən köhnə oyunçulara bel bağlayacağam. Yeni transferlərimizi isə növbəti mərhələyə keçəcəyimiz təqdirdə oynadacağıq”. B. Hacıyev İntertotoda ilk mərhələni keçməyi uğur saymadığını vurğulayıb: “İntertoto kubokunda üç mərhələ keçib UEFA kubokuna vəsiqə qazansaq, bu uğur sayılacaq”. R. Quliyevin gedişindən sonra “Bakı”da kapitan sarğısını daşıyan Rafael Əmirbəyov da oyuna ciddi hazırlaşdıqlarını deyib. Kapitan mərhələ keçmək vəzifəsini 60-70 faiz ilk oyunda həll etməyə çalışacaqlarını söyləyib.
Əlavə edək ki, “Bakı” bu gün Azərbaycana gələn İntertoto kubokundakı rəqibi “Daçiya” klubunun baş məşqçisi Emil Karası da tədbirə dəvət edib. Ancaq “Daçiya”nın çalışdırıcısı “Bakı” tədbiri keçirən vaxt paytaxtımızı gəzəcəyini, jurnalistlərin suallarını isə saat 19.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək məşq zamanı cavablandıracağını bildirərək, dəvətdən boyun qaçırıb. /APA-Sport/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR