Bank Of Baku

“Bakı” klubunun meneceri: “İntertoto kubokunda iştirakdan imtina etsəydik, 300 min İsveçrə frankı cərimələnəcəkdik”

“Bakı” klubunun meneceri: “İntertoto kubokunda iştirakdan imtina etsəydik, 300 min İsveçrə frankı cərimələnəcəkdik”
# 22 iyun 2007 14:10 (UTC +04:00)
“İntertoto kubokunda iştirakdan imtina etmək haqda düşünürdük. Ancaq UEFA-nın bu turnirlə bağlı maliyyə sanksiyası fikrimizi dəyişməyə sövq etdi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib. Z. Məmmədovun sözlərinə görə, “Bakı” bu turnirdə məcburiyyətdən çıxış edir: “İntertoto kubokuna hazırlıq vaxtı çox azdır. Bu turnir yeni mövsümə hazırlığa mənfi təsir göstərir. Ancaq İntertotoya vəsiqə qazanmışıqsa, çıxış etməliyik. Çünki UEFA İntertoto yarışlarından imtina edən klubları 300 min İsveçrə frankı cərimələyir. Belə olan halda İntertotodadan imtina barədə fikrimizi dəyişdik. Həmin 300 min İsveçrə frankını UEFA-ya ödəməkdənsə, klubumuza sərf edərik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR