Bank Of Baku

“Xəzər-Lənkəran” Serbiyanın “Partizan” klubunun müdafiəçisini baxışa çağırıb

“Xəzər-Lənkəran” Serbiyanın “Partizan” klubunun müdafiəçisini baxışa çağırıb
# 22 iyun 2007 15:39 (UTC +04:00)
“Xəzər-Lənkəran” daha bir legioneri baxışdan keçirməyi planlaşdırır. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran”ın baxışa çağıracağı üçüncü legioner də serbiyalıdır. Serbiyanın ən titullu klublarından olan Belqradın “Partizan” klubunun futbolçusu İvan Babiç ötən mövsümü icarə əsasında “Bejaniya” klubunda keçirib. 1,82 metr boya, 75 kiloqram çəkiyə malik olan müdafiəçi Serbiyanın yüksək liqada çıxış edən “Bejaniya”nın heyətində çempionatı 4-cü yerdə başa vurub.
Qeyd edək ki, İ. Babiç “Xəzər-Lənkəran”a komandanın Azərbaycandakı hazırlıq prosesində qoşulmayacaq. Klub rəhbərliyi İ. Babiçi Avstriyadakı təlim-məşq toplanışına dəvət edib. İ. Babiç Avstriyaya iyunun 28-də gələrək, hazırlığa qoşulacaq.
Qeyd edək ki, “Xəzər-Lənkəran” bunadək baxışa daha iki serbiyalı futbolçu cəlb edib. Bunlar müdafiəçilər 26 yaşlı Vojislav Bakraçla 24 yaşlı Mladen Kasçelanıdır. Onlar artıq Bakıya gələrək komandanın heyətində hazırlıq prosesinə başlayıblar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR