Bank Of Baku

“Barselona” Tyerri Anri ilə dörd illik müqavilə imzalayıb

“Barselona” Tyerri Anri ilə dörd illik müqavilə imzalayıb
# 23 iyun 2007 08:13 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, “Barselona” İngiltərənin “Arsenal” klubunun və Fransa yığmasının 30 yaşlı hücumçusu Tyerri Anrinin keçidini rəsmiləşdirib. “Barselona” dörd illik müqavilə imzaladığı Anriyə görə “Arsenal”a 32 milyon dollar ödəyəcək. Fransanın “Monako”, İtaliyanın “Yuventus”, 1999-cu ilin avqustundan isə “Arsenal”da çıxış edən T. Anri Fransa millisinin heyətində həm dünya, həm də Avropa çempionu olub. Qeyd edək ki, T. Anri “Barselona”da həmvətəni Lüdoviq Jüli ilə bir yerdə çıxış edə bilməyəcək. “Barselona”nın idman direktoru Çiki Beqiristayn 31 yaşlı yarımmüdafiəçi L. Jülinin komandada çıxışlarını başa vurmalı olacağını qeyd edib: “Jülini saxlamaq klub rəhbərliyinin planlarına daxil deyil”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR