Bank Of Baku

Rusiyanın “Rubin” klubunun futbolçusu 23 yaşında dünyasını dəyişib

Rusiyanın “Rubin” klubunun futbolçusu 23 yaşında dünyasını dəyişib
# 23 iyun 2007 08:43 (UTC +04:00)
Kazanın “Rubin” klubunun 23 yaşlı futbolçusu Lenar Qilmullin dünyasını dəyişib. “APA-Sport” agentliyinin məlumatına görə, L. Qilmullin iyunun 18-də avtomobil qəzasına düşüb. Kazan şəhərində xəstəxanada yerləşdirilən futbolçu dörd gün reanimasiya şöbəsində saxlanıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. L. Qilmullinə həyatının son günlərində komanda yoldaşları və klub nümayəndələri baş çəkib. Qeyd edək ki, L. Qilmullinin qohumları ilə görüşən “Rubin” rəsmiləri futbolçunun ailəsinə hər cür kömək göstəriləcəyini bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR