Bank Of Baku

UEFA Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Ermənistan yığmaları arasında oyunun keçirilməməsinə qərar verib

UEFA Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Ermənistan yığmaları arasında oyunun keçirilməməsinə qərar verib
# 23 iyun 2007 16:11 (UTC +04:00)
Azərbaycanın Gənclər və İdman Nazirliyindən “APA-Sport”a verilən məlumata görə, bu barədə UEFA İcraiyyə Komitəsinin (İK) Hollandiyanın Herenven şəhərində bu gün keçirilmiş iclasında qərar çıxarılıb. Qərara görə, bu oyunların nəticələri turnir cədvəlində nəzərə alınmayacaq. Qeyd edək ki, UEFA-nın mətbuat xidmətinin rəhbəri Uilyam Qalyard “APA-Sport”a müzakirələrdən əvvəlki açıqlamasında rəsmi qərarın AFFA-ya elə bu gün göndəriləcəyini söyləyib. O, həmçinin, İK-nın iclasına Azərbaycan və Ermənistan futbol federasiyasından nümayəndə dəvət edilmədiyini də bildirib.
Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bu qərarın onları tam qane etdiyini deyib: “Qərar Azərbaycan tərəfini tam qane edir. Bu, bizim apardığımız danışıqların nəticəsidir”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan yığmaları arasında görüş bu il sentyabrın 8-də Bakıda, 12-də isə Yerevanda keçirilməli idi. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR