Bank Of Baku

“Bakı” İntertoto kubokunun ilk oyununda öz meydanında qələbə qazana bilməyib

“Bakı” İntertoto kubokunun ilk oyununda öz meydanında qələbə qazana bilməyib
# 25 iyun 2007 08:24 (UTC +04:00)
Azərbaycanın İntertoto kubokunda təmsilçisi “Bakı” ilk oyununda qələbə qazana bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, “Bakı” Moldovanın “Daçiya” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi görüşdə 1:1 hesablı bərabərliyə qalıb. Oyunda hər iki qolu “Daçiya”nın futbolçuları vurub. Ancaq Maksim Andronik 45-ci dəqiqədə “Bakı”nın qapısından top keçirən komanda yoldaşı Valeri Oniladan fərqli olaraq qapıları səhv salıb və oyunun sonuna 10 dəqiqə qalmış avtoqola imza atıb. Qeyd edək ki, Azərbaycan və Moldova klublarının ötən il UEFA kubokunda da ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Moldovanın paytaxtı Kişinyovu təmsil edən “Zimbru”nun Ağdamın “Qaraba𔝠klubu ilə öz meydanındakı görüşü bu hesabla nəticələnib. Qeyd edək ki, “Daçiya” “Bakı”yla iyunun 30-da cavab görüşünü həmşəhərliləri “Zimbru”nun stadionunda keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR