Bank Of Baku

Fuad Musayev: “Azərbaycan və Ermənistan tərəflərinin razılığı olmasaydı, UEFA oyunların keçirilməməsi barədə qərar verməzdi”

Fuad Musayev: “Azərbaycan və Ermənistan tərəflərinin razılığı olmasaydı, UEFA oyunların keçirilməməsi barədə qərar verməzdi”
# 25 iyun 2007 09:35 (UTC +04:00)
“Azərbaycan və Ermənistan milli komandaları arasındakı oyunlar keçirilməyəcəksə, deməli, iki ölkə arasında razılıq əldə olunub. Ola bilsin, iki ölkə prezidentinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş son görüşündə oyunların keçirilməməsinə dair qərar verilib”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın sabiq prezidenti Fuad Musayev deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan tərəflərinin razılığı olmasaydı, UEFA İcraiyyə Komitəsi bu ölkələrin yığmaları arasında Avropa çempionatının seçmə qrup oyunlarının keçirilməməsinə dair qərar qəbul etməzdi. F. Musayev kompromis adlandırdığı qərarı müsbət qiymətləndirsə də, bunun yığmamızın futbolçularının xeyrinə olmadığını vurğulayıb: “Futbolçunun işi oynamaq, meydanda peşəkarlığını ortaya qoymaqdır. Fikrimcə, AFFA və məşqçilər ağıllı plan quraraq, oyuna hazırlaşsaydılar, erməniləri məğlub edərdik. Oynamamağımız futbolçunun xeyrinə deyil. Siyasi vəziyyətə nəzər saldıqda isə, bu, çox yaxşı qərardır”. Bununla belə, F. Musayev UEFA-nın qərarını Azərbaycanın Ermənistan üzərində siyasi qələbəsi kimi dəyərləndirənlərin fikirlərini bölüşmür. Onun fikrincə, futbolda qələbə yaşıl meydanda qazanılır: “Yaşıl meydanda isə bizimkilər oynamaq istəmirdi, ermənilər istəyirdilər...”
Qeyd edək ki, Azərbaycan və Ermənistan milliləri arasında oyunlar sentyabrın 8-də Bakıda, bundan 4 gün sonra isə İrəvanda keçirilməli idi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR