Bank Of Baku

Azərbaycan millisinin kapitanı Aslan Kərimov: “Ermənilərlə oyunların keçirilməməsi xallarımızı artırmağa imkan vermədi”

Azərbaycan millisinin kapitanı Aslan Kərimov: “Ermənilərlə oyunların keçirilməməsi xallarımızı artırmağa imkan vermədi”
# 25 iyun 2007 10:15 (UTC +04:00)
“UEFA-nın Azərbaycan və Ermənistan yığmaları arasında oyunlarının keçirilməməsi haqda qərarı bizim üçün gözlənilməz oldu. Çünki biz sentyabrın 8-də və 12-də ermənilərlə oyunlara hazırlaşırdıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. Ş. Diniyev qərar qəbul edildiyindən artıq buna şərh verməyin düzgün olmadığını qeyd edib: “UEFA artıq qərar qəbul edib. Qərarın dərinliyinə varmağı, detallarını müzakirə etməyi düzgün saymıram. Bu artıq şou xarakteri daşıyacaq. Azərbaycan və Ermənistan yığmalarının oyunları turnir cədvəli baxımından onsuz da ciddi əhəmiyyət kəsb etmirdi. Bu yığmalar Avropa çempionatının final mərhələsi uğrunda mübarizə aparsaydı, onda oyunlarda qazanılan xallar böyük əhəmiyyət kəsb edərdi. Bu baxımdan oyunlara görə xalların verilməməsinin də elə bir ciddi fərqi yoxdur”.
Azərbaycan milli komandasının kapitanı Aslan Kərimov da “APA-Sport”a açıqlamasında UEFA-nın qərarının onlar üçün elə ciddi fərqi olmadığını vurğulayıb: “UEFA-nın oyunların keçirilməməsi ilə bağlı qərarından nə udduq, nə də uduzduq. Oyunun keçirilməsi biz futbolçulardan asılı məsələ deyil. Bu, rəhbərlik səviyyəsində həll olunur. Oyunun keçirilməsi haqda qərar qəbul edilsəydi, böyük məmnuniyyətlə çıxıb oynayardıq. Biz ermənilərlə oyunlardan qorxmurduq və bu prinsipial matçlarda qələbə qazanmaq üçün meydanda bütün gücümüzü qoyacaqdıq. Ermənilərlə oyunlar məsuliyyətli olduğundan, ağır yükün altına girmiş olacaqdıq. Heç kim Azərbaycan və Ermənistan milli komandalarının oyunlarının necə nəticələnəcəyini deyə bilməzdi. Şanslar bərabər idi. Sadəcə, şəxsim fikrim belədir ki, ermənilərlə oyunlarda 3-4 xal qazana bilərdik. Bu mənada ermənilərlə oyunların keçirilməməsi xallarımızı artırmağa imkan vermədi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR