Bank Of Baku

Ermənistan Futbol Federasiyasının prezidenti: “UEFA-nın qərarının kökündə əhəmiyyətli faktorlar dura bilər”

Ermənistan Futbol Federasiyasının prezidenti: “UEFA-nın qərarının kökündə əhəmiyyətli faktorlar dura bilər”
# 25 iyun 2007 10:24 (UTC +04:00)
“UEFA İcraiyyə Komitəsinin Azərbaycan və Ermənistan milliləri arasında Avropa çempionatının seçmə qrup oyunlarının keçirilməməsi barədə qərarından təəssüflənirəm. Lakin eyni zamanda UEFA və FİFA-nın qərarına inanır və qəbul edirəm. Hesab edirəm ki, belə qeyri-adi qərarın verilməsinin kökündə çox əhəmiyyətli faktor və arqumentlər dura bilər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan deyib. R. Ayrapetyan Ermənistan yığmasının baxımlı və gündən-günə güclənən oyunundan məhrum olduqları üçün təəssüfləndiyini vurğulayıb. Bununla belə, EFF prezidenti özünün və Ermənistan hökumətinin oyunların baş tutması üçün mümkün olan hər şeyi etdiklərini söyləyib: “Ermənistan prezidentinin səlahiyyətli nümayəndəsi Ermənistan, Azərbaycan və UEFA nümayəndələrinin üçtərəfli görüşündə iştirak etmiş, hətta yazılı təhlükəsizlik təminatı da vermişdi”. R. Ayrapetyanın fikrincə, Azərbaycan tərəfindən fərqli olaraq, Ermənistan hökuməti və Futbol Federasiyası oyunu İrəvanda ən yüksək beynəlxalq normalara uyğun olaraq, təşkil edib, keçirməyə hazır olub: “Ermənistan tərəfi isə eyni şərtlər altında Bakıya yollanmağa hazır idi. Digər tərəfdən, xatırlatmaq istərdim ki, UEFA-nın yaratdığı xüsusi komissiya bir ildən çox müddət ərzində məsələnin ətraflı və müxtəlif tərəfli müzakirəsi ilə məşğul olub”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan milli komandaları arasında oyunlar sentyabrın 8-də Bakıda, bundan dörd gün sonra isə İrəvanda keçirilməli idi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR