Bank Of Baku

Ermənistan Futbol federasiyası UEFA-nın oyunların keçirilməməsi barədə qərarından apellyasiya verməyəcək

Ermənistan Futbol federasiyası UEFA-nın oyunların keçirilməməsi barədə qərarından apellyasiya verməyəcək
# 25 iyun 2007 11:04 (UTC +04:00)
“UEFA İcraiyyə Komitəsinin Ermənistan və Azərbaycan milli komandaları arasındakı oyunların keçirilməməsinə dair qərarından apellyasiya verməyəcəyik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ermənistan Futbol Federasiyasının baş katibi Armen Minasyan bildirib. A.Minasyan iki tərəf ortaq məxrəcə gələ bilmədiyindən qərarı qanuni hesab edib: “Qərar o baxımdan qanunidir ki, UEFA Avropa futbolunun ali orqanıdır. Bu qurumun təşkil etdiyi komitə artıq ilyarımdan çoxdur ki, problemi çözməyə, kompromis tapmağa və “iti küncləri hamarlamağa” çalışır. Amma elə alındı ki, tərəflər ortaq məxrəcə gəlmədi. Bu səbəbdən, qərar tam qanunidir”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində A qrupunda yer alan Azərbaycan və Ermənistan milliləri arasında görüşlər sentyabrın 8-də Bakıda, bundan 4 gün sonra isə İrəvanda keçirilməli idi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR