Bank Of Baku

Arif Əsədov Azərbaycan yığması ilə müqaviləsinin müddətini uzadıb

Arif Əsədov Azərbaycan yığması ilə müqaviləsinin müddətini uzadıb
# 25 iyun 2007 13:44 (UTC +04:00)
Arif Əsədov Azərbaycanın 19 yaşınadək futbolçulardan ibarət milli komandası ilə yeni müqavilə bağlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, iyunun 30-da başa çatacaq razılaşmanın müddəti bu ilin dekabrınadək uzadılıb. 37 yaşlı çalışdırıcı əsas milli komandanın baş məşqçisi Şahin Diniyevin təqdimatı əsasında öz vəzifəsində saxlanılıb. A. Əsədovun komandası növbəti Avropa çempionatının ilkin seçmə mərhələsini adlayacağı halda, onunla müqavilə yenidən uzadılacaq.
Qeyd edək ki, A. Əsədov 2005-ci il dekabrında U-19-a baş məşqçi təyin olunub. Yığma məhz A. Əsədovun rəhbərliyi altında tarixində ilk dəfə Avropa çempionatının ikinci seçmə mərhələsinə vəsiqə qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR