Bank Of Baku

“Neftçi”nin serbiyalı qapıçısı Vladimir Miçoviç “İnter”ə keçə bilər

“Neftçi”nin serbiyalı qapıçısı Vladimir Miçoviç “İnter”ə keçə bilər
# 25 iyun 2007 15:25 (UTC +04:00)
“İnter” “Neftçi”nin transferə çıxardığı 32 yaşlı serbiyalı qapıçısı Vladimir Miçoviçi heyətinə cəlb edə bilər. “Neftçi”nin Bakıdakı hazırlıq prosesində iştirak edən V.Miçoviç “APA-Sport” agentliyinə açıqlamasında “İnter”ə keçmək variantının olduğunu bildirib: “İnter” mənimlə maraqlansa da, hələlik konkret danışıqlar olmayıb. Ola bilsin ki, klub rəhbərliyi ukraynalı baş məşqçi Valentin Xodukinin Bakıya qayıdışını gözləyir. “İnter”in təklifi məni qane edəcəyi halda, bu kluba keçidim mümkündür”. V. Miçoviç bir illik müqavilə ilə məxsus olduğu “Neftçi”nin digər kluba keçidinə problem yaratmayacağını qeyd edib: “Neftçi”nin məşqlərində iştirak etsəm də, bu komanda ilə Avstriyaya təlim-məşq toplanışına yollanmayacağam. Bir neçə gün Bakıda qalıb, karyeramı hansı klubda davam etdirəcəyimə aydınlıq gətirəcəyəm. “Neftçi” digər kluba keçəcəyim halda transfer vərəqimi verəcək. Sözsüz ki, iki ildir şərəfini qoruduğum “Neftçi”ni tərk etmək mənim üçün çətindir. Ancaq neyləmək olar, bu futbol həyatıdır. “Neftçi” ilə yollarımın ayrılması yalnız legionerlərə qoyulan limitlə bağlıdır”. Legioner qapıçı axtarışında olan “İnter”də V. Miçoviçin həmvətənlərindən müdafiəçilər Nikola Yoloviclə Milan Zaqorats çıxış edir.
Qeyd edək ki, “İnter” mövsümlərarası fasilədə “Neftçi”dən müdafiəçilər Ruslan Abbasovla Mahir Şükürovu transfer edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR