Bank Of Baku

Azərbaycanın gənclər və idman naziri: “UEFA çox düzgün qərar verib”

Azərbaycanın gənclər və idman naziri: “UEFA çox düzgün qərar verib”
# 25 iyun 2007 15:55 (UTC +04:00)
“Biz UEFA-nın mənzil qərargahında olarkən, təklif vermişdik ki, Azərbaycan və Ermənistan milli komandaları arasındakı Avropa çempionatının seçmə qrup oyunları Bakı və İrəvanda yox, neytral meydançada keçirilsin. Amma UEFA rəhbərliyi, İcraiyyə Komitəsi bu məsələyə daha dərindən yanaşdı. Nəticədə bütün məsələləri nəzərdə tutaraq, belə bir qərar verdi”. Bu sözləri “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. A. Rəhimovun sözlərinə görə, Azərbaycan və Ermənistan milliləri arasında qarşılaşmaların keçirilməməsi barədə UEFA İcraiyyə Komitəsinin iyunun 23-də qəbul etdiyi qərar çox düzgündür: “Sözsüz ki, Azərbaycan ictimaiyyəti, futbolçular, idman qurumları və cəmiyyətləri istərdi ki, Ermənistan yığması ilə oyunlar keçirilsin və biz qalib gələk. Amma bu məsələ artıq dərəcədə siyasiləşmişdi. İdman siyasət deyil, onlar meydançaya müharibə aparmağa çıxmırlar. Amma ölkələrimiz hazırda müharibə vəziyyətindədir. Gündə sərhəddə gənclərimiz erməni silahlı qüvvələri tərəfindən öldürülür. Belə bir vəziyyətdə oyunları keçirmək düzgün deyil. Neytral meydançada keçirilən oyunlarda da azarkeşlər arasında insidentin baş verməsini istəməzdim. Ona görə də hesab edirəm ki, UEFA prezidenti Mişel Platini tərəfindən çox düzgün qərar qəbul olunub”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR