Bank Of Baku

İqor Getman “Neftçi”yə məşqçi təyin edilib

İqor Getman “Neftçi”yə  məşqçi təyin edilib
# 27 iyun 2007 09:19 (UTC +04:00)
“Neftçi”yə yeni məşqçi təyin edilib. “APA-Sport” agentliyinin məlumatına görə, 36 yaşlı İqor Getman bundan sonra “Neftçi”də məşqçi kimi çalışacaq. Lakin yeni məşqçi iyunun 25-dən 26-na keçən gecə Avstriyaya təlim-məşq toplanışına yollanan komanda ilə birgə səfərə çıxmayıb. Belə ki, “Neftçi” yeni məşqçisinin viza məsələsini komanda səfərə çıxanadək həll edə bilməyib. Belə olan halda, İ. Getmanın məşqçi kimi “Neftçi”nin Avstriyadakı hazırlıq prosesinə bir qədər sonra qoşulması nəzərdə tutulub.
Qeyd edək ki, İ. Getman ötən çempionatın son turunda bu ilin mayın 23-də Tovuzun “Turan” klubu ilə Bakıdakı oyunda futbolçu karyerasını başa vurub. Azərbaycanda çıxış etdiyi dövrdə yalnız “Neftçi”də çıxış edən müdafiəçi İ. Getmanın xidmətlərini nəzərə alan klub prezidenti Rövnəq Abdullayev ona “Daewoo Nexia” markalı avtomobil bağışlayıb. Qeyd edək ki, 33 yaşlı məşqçi Mirbağır İsayevin bir həftə öncə istefasından sonra “Neftçi”də məşqçi postu boş qalmışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR