Bank Of Baku

“Neftçi” klubunun prezidenti: “Komandamız ölkə çempionatında çıxışını dayandıra bilər”

“Neftçi” klubunun prezidenti: “Komandamız ölkə çempionatında çıxışını dayandıra bilər”
# 27 iyun 2007 10:05 (UTC +04:00)
Qadın futbolçulardan ibarət “Neftçi” futbol klubu AFFA-dan UEFA-ya şikayət edib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən komandanın prezidenti Azər Rəhimovun sözlərinə görə, şikayət məktubunda “Ruslan-93”-ün qanunsuz yolla Azərbaycan çempionluğunu qazanmasına etiraz ifadə olunub. A. Rəhimov bildirib ki, rəhbərlik etdiyi klub şəxsi görüşlərdə “Ruslan-93”-ü qabaqlasa da, ikinci yeri tutub: “Komandamız “Ruslan-93”-lə eyni miqdarda xal toplayıb. Çempionatın Əsasnaməsinə görə, biz çempion olmalı idik. Çünki şəxsi görüşlərdə rəqibimizi üstələmişdik. Lakin AFFA top fərqini əsas götürərək, “Ruslan-93”-ü qızıl medallara layiq görüb”. “Neftçi”nin prezidenti vurğulayıb ki, UEFA müsbət qərar çıxarmayacağı təqdirdə, komanda növbəti ölkə çempionatında iştirak etməyəcək: “Biz UEFA-nın müvafiq komitəsindən bu məsələnin obyektiv araşdırılmasını xahiş etmişik. UEFA müsbət qərar verməsə, “Neftçi” qarşıdakı çempionata qatılmayacaq. Ümumiyyətlə, komandanın ləğv olunması gündəmə gələcək”.
Azərbaycan Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyev isə “APA-Sport” agentliyinə açıqlamasında “Ruslan-93”-ün qanuni ölkə çempionu olduğunu deyib: “Biz Əsasnaməni yarışdan öncə iştirakçılara göndərmişdik. Əsasnamədə göstərilib ki, eyni miqdarda xal toplayan komandalardan üstünlük top fərqi yaxşı olan tərəfə verilir. “Ruslan-93” qanuni çempion olduğundan ölkəmizi UEFA kubokunda təmsil edəcək”. AFFA qitə miqyaslı yarışda mübarizə aparacaq “Ruslan-93”-ün adını iyunun 25-də UEFA-ya artıq təqdim edib. UEFA kubokunun püşkü iyulun 5-də atılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR