Bank Of Baku

AFFA-nın növbədənkənar konfransının gündəliyi müəyyənləşib

AFFA-nın növbədənkənar konfransının gündəliyi müəyyənləşib
# 27 iyun 2007 12:25 (UTC +04:00)
AFFA-nın növbədənkənar konfransının gündəliyi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, gündəliyinə cəmi bir məsələ daxil edilib. Belə ki, konfransda yalnız XVI milli çempionatı üçün futbolçuların və məşqçilərin sifariş qiymətlərinə baxılacaq. Bundan başqa, zərurət yaranacağı təqdirdə, toplantıda digər məsələlər barədə də qərarlar çıxarıla bilər. Konfrans iyulun 20-də AFFA-nın mənzil-qərargahında keçiriləcək.
Qeyd edək ki, az öncə AFFA və klub rəsmiləri arasında baş tutmuş görüşdə növbəti ölkə çempionatında sifariş qiymətlərinin yerli futbolçu üçün 4000 manatdan 2000 manata, əcnəbi futbolçu üçün 20000 manatdan 8000 manata, yerli məşqçi üçün 10000 manatdan 5000 manata, əcnəbi məşqçi üçün 50000 manatdan 20000 manata endirilməsi haqda razılıq əldə olunub. Konfransın rəsmi təsdiqindən sonra XVI milli çempionatda yeni sifariş qiymətləri tətbiq olunacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR