Bank Of Baku

“MKT-Araz”ın baş meneceri: “Elmar Baxşıyev “Xəzər-Lənkləran”la müqavilə bağlamaqla, sanki bizimlə oyun oynadı”

“MKT-Araz”ın baş meneceri: “Elmar Baxşıyev “Xəzər-Lənkləran”la müqavilə bağlamaqla, sanki bizimlə oyun oynadı”
# 27 iyun 2007 12:29 (UTC +04:00)
Azərbaycan futbol yığmasının 27 yaşlı yarımmüdafiəçisi Elmar Baxşıyev qarşıdakı mövsümdə “Xəzər-Lənkəran” klubunda çıxış edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” E. Baxşıyevlə iki illik müqavilə imzalayıb. “Xəzər-Lənkəran” “İnter” klubun tərk edən E. Baxşıyevin keçidi ilə bağlı bir ay öncə ilkin razılıq əldə etsə də, rəsmi müqavilənin imzalanması yubanırdı. Milli üzvünün keçidini rəsmiləşdirən “Xəzər-Lənkəran” futbolçunun Avstriyaya yollanması ilə bağlı problemi də həll edib. Belə ki, E. Baxşıyevin Avstriyaya vizası bu gün alınıb və o, “Xəzər-Lənkəran”ın kapitanı Mahmud Qurbanov, məşqçisi Samir Ələkbərov və seleksiyaçı məşqçisi Bəxtiyar Musayevlə birgə səfərə çıxacaq.
Qeyd edək ki, E. Baxşıyevin İmişlinin “MKT-Araz” klubuna keçidi gözlənilirdi. “MKT-Araz” Qəbələdəki hazırlıq prosesinə cəlb etdiyi E. Baxşıyevlə ilkin razılıq əldə etsə də, keçidi rəsmiləşdirə bilməyib. “MKT-Araz”ın baş meneceri Ramiz Qarayev E. Baxşıyevin rəsmi müqavilə ilə kluba bağlılığının olmadığını qeyd edib: “Elmar eyni vaxtda iki kubla danışıq apararaq, sanki bizimlə oyun oynadı. O, komandamızın Qəbələdəki hazırlıq prosesində, keçirdiyimiz ikitərəfli oyunlarda iştirak etdi. Elmar dünən keçirdiyimiz ikitərəfli oyunun da iştirakçısı oldu. Elmarla danışığımız ilkin razılıq əsasında idi. Şəxsiyyət vəsiqəsi məndə olan Baxşıyevlə müqavilə notarial qaydada təsdiqlənməmişdi. Baxşıyevin klubumuza keçidini bu gün rəsmiləşdirməyə hazırlaşırdıq. Belə ki, Elmara müqavilə ilə çatan pulu bu gün vermək fikrində idik. Ancaq “Xəzər-Lənkəran” bizdən qabağa düşdü”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR