Bank Of Baku

FİFA-ya yeni baş katib təyin olunub

FİFA-ya yeni baş katib təyin olunub
# 27 iyun 2007 15:19 (UTC +04:00)
FİFA-ya yeni baş katib təyin olunub. “APA-Sport” agentliyinin məlumatına görə, bu, Jerom Valkdır. J. Valk əvvəllər də ali futbol qurumunda çalışıb. Lakin o, ötən ilin dekabrında FİFA ilə “Master Card” və “Visa” şirkətləri arasında müqaviləni keyfiyyətsiz hazırladığı üçün marketinq və televiziya ilə əlaqələr üzrə direktor vəzifəsindən kənarlaşdırılıb. Fransalı J. Valk FİFA-ya gələnədək “Sportfive” marketinq şirkətinin Direktorlar Şurasının sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, ali futbol qurumunun əvvəlki baş katibi Urs Linsi 5 illik müqaviləsi bitdiyi üçün iyunun 11-də istefa verib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR