Bank Of Baku

“Karvan”a yeni məşqçi təyin edilib

“Karvan”a yeni məşqçi təyin edilib
# 27 iyun 2007 15:27 (UTC +04:00)
Yevlaxın “Karvan” klubunda daha bir köməkçi məşqçinin adı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, üç həftə öncə “Karvan”a baş məşqçi təyin edilən Təbriz Həsənov komandaya qapıçılarla işləyən məşqçi də dəvət edib. Bu vəzifə 40 yaşlı Nadir Şükürova tapşırılıb. Ötən mövsümün ikinci dövrəsində Qəbələnin “Gilan” klubunda çıxış edən N. Şükürov çempionat başa çatandan sonra futbolçu karyerasını başa vurub. “Karvan”ın yeni məşqçisi komandanın qapıçıları 28 yaşlı Sahil Kərimov, 23 yaşlı Elçin Cəfərov və 18 yaşlı Murad Ağayevlə işləyəcək. N. Şükürov Ağdamın “Qarabağ-Azersun” klubunda E. Cəfərovla bir yerdə çıxış edib.
Qeyd edək ki, “Karvan”ın digər məşqçiləri - T. Həsənovla yanaşı, onun köməkçiləri Vidadi Rzayev və Mahir Əliyev də 1967-ci il təvəllüdlüdür. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR