Bank Of Baku

Türkiyə klubu 4 Azərbaycan futbolçusunu transfer etmək üçün danışıqlar aparır

Türkiyə klubu 4 Azərbaycan futbolçusunu transfer etmək üçün danışıqlar aparır
# 27 iyun 2007 15:34 (UTC +04:00)
Türkiyənin “Kazım Karabəkir Bələdiyyəspor” klubu heyətini 4 Azərbaycan futbolçusu ilə gücləndirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Ərzurum super həvəskar liqasında çıxış edən komandanın rəhbərliyi bu qərarını yeni mövsümə daha iddialı başlamaq məqsədi ilə izah edib. Komandanın transfer gündəmində, həmçinin, Azərbaycan çempionatında mübarizə aparan nigeriyalı futbolçu da var. “Kazım Karabekir Belediyespor” rəhbərliyi futbolçularla danışıqlara başlasa da, hələlik onların adlarını açıqlamayıb.
Qeyd edək ki, “Kazım Karabekir Belediyespor” ötən mövsüm həvəskar liqanın qalibi olsa da, Türkiyə çempionatının 3-cü liqasına yüksələ bilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR