Bank Of Baku

DÇ-2010-un seçmə mərhələsinin püşkü noyabrın 25-də Cənubi Afrika Respublikasının Durban şəhərində atılacaq

DÇ-2010-un seçmə mərhələsinin püşkü noyabrın 25-də Cənubi Afrika Respublikasının Durban şəhərində atılacaq
# 27 iyun 2007 16:50 (UTC +04:00)
2010-cu il dünya çempionatının (DÇ-2010) seçmə mərhələsinin püşkü noyabrın 25-də Cənubi Afrika Respublikasının (CAR) Durban şəhərində atılacaq. Bu haqda qərar FİFA İcraiyyə Komitəsinin (İK) bu gün İsveçrənin Sürix şəhərində keçirilən toplantısında qəbul olunub. İK üzvləri qitələr üzrə seçmə mərhələlərin keçirilmə formatını da təsdiqləyiblər. Qərara alınıb ki, CAR-da keçiriləcək DÇ-2010-un açılış və final oyunları Yohannesburq şəhərində təşkil olunsun. Turnirə birbaşa qatılacaq CAR milli komandası A qrupuna başçılıq edəcək. İclasda, həmçinin, mayın 27-də FİFA-nın 2500 metr yüksəklikdən hündür ərazidə oyunların keçirilməsinə qoyulmuş qadağa qüvvədə saxlanılıb.
İK Makedoniya, Qazaxıstan və Türkiyənin milli futbol assosiasiyaları ətrafında yaranmış vəziyyətin diqqətdə saxlanılması barədə də qərar çıxarıb.
Qeyd edək ki, toplantıda FİFA prezidenti Yozef Blatterin təklifi ilə Jerom Valk qurumun baş katibi vəzifəsinə təyin olunub. 46 yaşlı fransalı baş katibin müavini funksiyasını isə FİFA-nın Maliyyə və Marketinq Departamentinin rəhbəri Markus Kattner yerinə yetirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR