Bank Of Baku

“Xəzər-Lənkəran”, “Neftçi” və “MKT-Araz”ın nümayəndələri püşkatmada iştirak etmək üçün İsveçrəyə gediblər

“Xəzər-Lənkəran”, “Neftçi” və “MKT-Araz”ın nümayəndələri püşkatmada iştirak etmək üçün İsveçrəyə gediblər
# 28 iyun 2007 11:20 (UTC +04:00)
Çempionlar Liqasının (ÇL) və UEFA kubokunun sabah keçiriləcək püşkatma mərasimində Azərbaycan klublarının nümayəndələri də iştirak edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, ÇL-də Azərbaycanı təmsil edən “Xəzər-Lənkəran”, UEFA kubokunun iştirakçıları “Neftçi” və “MKT-Araz” klublarının nümayəndələri artıq İsveçrəyə yollanıblar. Püşkatma UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək. “Xəzər-Lənkəran” bu tədbirdə dörd nəfərlə təmsil olunacaq ki, bunlar klubun vitse-prezidenti Mais Mənsimov, direktoru Tuyqun Nadirov, menecerləri Eldar Bayramovla Cəfər Mirzəyevdir. “Neftçi”dən klubun vitse-prezidenti Ramin Musayevlə mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı İsveçrəyə yollanıb. “Xəzər-Lənkəran”la “Neftçi”dən fərqli olaraq, “MKT-Araz”ın prezidenti İkram Kərimli də püşkatmaya yollayıb. Onu səfərdə vitse-prezident Rüfət Quliyev müşayiət edir.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın nümayəndə heyəti İsveçrəyə Avstriyadan gedəcək. Bunun səbəbi “Xəzər-Lənkəran”ın hazırda Avstriyanın Qrats şəhərində hazırlıq prosesi keçməsidir. “Neftçi”nin nümayəndələri isə komandanın Avstriyanın Zalsburq şəhərində keçirilən təlim-məşq toplanışına püşkatmadan sonra - iyunun 30-da yollanacaq. Qeyd edək ki, sabah ÇL-in ilk iki, ardından UEFA kubokunun birinci mərhələsinin püşkatması keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR