Bank Of Baku

“Real”ın baş məşqçisi Fabio Kapello istefaya göndərilib

“Real”ın baş məşqçisi Fabio Kapello istefaya göndərilib
# 28 iyun 2007 13:35 (UTC +04:00)
Fabio Kapello İspaniyanın “Real” klubunun baş məşqçisi postundan istefaya göndərilib. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda qərar komanda rəhbərliyinin bu gün keçirilən toplantısında qəbul olunub. Ötən mövsümün startında Madrid klubuna baş məşqçi gətirilən F. Kapello “Real”a İspaniya Primerosunun qızıl medalını qazandırıb. Rəhbərlik 61 yaşlı italiyalı mütəxəssisi “Xetafe” klubunu çalışdıran Bernd Şusterlə əvəzləmək istəyir. Almaniyalı məşqçinin “Xetafe” ilə müqaviləsinin müddəti bitmədiyindən, “Real” rəhbərliyi onun keçidinə görə təzminat ödəməli olacaq
Qeyd edək ki, F. Kapello 1997-ci ildə də “Real”ı İspaniya çempionu edib komandadan ayrılmışdı. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR