Bank Of Baku

“Karvan” futbolçusunun “MKT-Araz”a qanunsuz keçidi ilə bağlı bəyanat yayıb

“Karvan” futbolçusunun “MKT-Araz”a qanunsuz keçidi ilə bağlı bəyanat yayıb
# 28 iyun 2007 13:54 (UTC +04:00)
Yevlaxın “Karvan” klubu bu gün bəyanat yayıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Karvan” bəyanatında Azərbaycan olimpiya yığma komandasında da çıxış edən 20 yaşlı futbolçusu Samir Abdulovun “MKT-Araz” klubuna keçməsi ilə bağlı mətbu orqanlarda yazılan məlumatların əsassız olduğunu qeyd edib: “Qəzetlərdə “MKT-Araz”ın “Karvan”la çox yaxın münasibətləri olduğu üçün Samir Abdulovun keçidinin baş tutması ehtimalının böyük olması vurğulanır. Guya ki, Samir Abdulovun keçidinə görə “Bakı” klubundan 80 min dollar kompensasiya istəyən klubumuz sonradan 20 min dolların üzərində dayanıb ki, “MKT-Araz” üçün də bu məbləği ödəmək çətinlik yaratmır. “Karvanı”ın nəinki “MKT-Araz”la, Azərbaycanın bütün klubları ilə çox yaxşı münasibətləri var. Bizim Samir Abdulovu nə 20 min, nə 80 min, nə də ki digər məbləğə satmaq niyyətimiz var. Samirin 2010-cu ili iyunun 30-dək “Karvan”la müqaviləsi olduğundan, onun digər klubla danışıq aparması qanunsuzdur. AFFA-nın nizam-intizam qaydalarının 18-ci maddəsinə əsasən, futbol klubu digər klubun oyunçusunun onun rəhbərliyinin icazəsi olmadan öz bazasında qalmasına yol verirsə, onu məşqlərə cəlb edirsə, klubun oyunçuları ilə birgə yaşamasına göz yumursa, bu hallarda həmin klub cərimə edilir”.
Bəyanatda S. Abdulovun növbəti mövsümdə də “Karvan”da çıxış edəcəyi bildirildiyi halda alda, 20 yaşlı futbolçu “MKT-Arazı”ın heyətində Ukraynaya səfərə hazırlaşır. “MKT-Araz”ın baş meneceri Ramiz Qarayev “APA-Sport” agentliyinə açıqlamasında S.Abdulovun keçidi ilə bağlı problem yaranmayacağını qeyd edib: “Samirin “Karvan”la müqaviləsi olsa da, biz onun transferini reallaşdırmaq fikrindəyik. Futbolçu “MKT-Araz”da çıxış etmək istəyir. Bu səbəbdən o, Qəbələdəki hazırlıq prosesimizdə iştirak etdi. Abdulovun transferi ilə bağlı “Karvan”la aramızda problem olmamalıdır. Samirə Ukraynaya bilet almışıq və “Karvan” rəhbərliyi ilə bir daha əlaqə saxlayıb, məsələni həll edəcəyik. Samirlə müqaviləni onu Ukraynadakı hazırlıq prosesimizdə baxışdan keçirdikdən sonra imzalamaq fikrində deyilik. Baş məşqçimiz İqor Nakoneçnı Abdulovun transferində maraqlı olduğundan, futbolçunun baxışdan keçməsinə ehtiyac qalmayıb”.
Qeyd edək ki, “Bakl”ya keçidi baş tutmayan S.Abdulov 2005-ci ildən “Karvan”da çıxış edir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR