Bank Of Baku

AFFA-nın Apellyasiya Komitəsi “Neftçi”nin iddiasını təmin etməyib

AFFA-nın Apellyasiya Komitəsi “Neftçi”nin iddiasını təmin etməyib
# 28 iyun 2007 15:16 (UTC +04:00)
Bu gün AFFA-nın Apellyasiya Komitəsinin (AK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Komitə “Neftçi” Qadın Futbol Komandasının prezidenti Azər Rəhimov tərəfindən təqdim olunmuş apellyasiya şikayətinin Əsasnamənin 1.4-cü və 7.6-cı maddələrinə zidd olduğu üçün təmin edilməməsi haqda qərar çıxarıb. AK AFFA Nizam-İntizam Komitəsinin (NİK) hakim-inspektor Ramiz Abdullayev barəsində tətbiq etdiyi cəza tədbiri ilə əlaqədar işin hərtərəfli araşdırılmasını məqsədəuyğun sayıb. NİK-in R. Abdullayevlə bağlı çıxardığı qərarın AK-ya təqdim edildiyi gündən etibarən 3 gün müddətində yenidən baxılıb, müvafiq qərar qəbul edilməlidir. AK-nın cəzalanan hakim Elçin Məmmədovun da şikayətinə baxaraq, NİK-in 25.10.2006-cı il tarixli qərarını qüvvədə saxlayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR