Bank Of Baku

Sumqayıtın “Gənclərbirliyi” klubunun sabiq çalışdırıcısı İliye Karp Moldova futbol yığmasının baş məşqçisi təyin edilib

Sumqayıtın “Gənclərbirliyi” klubunun sabiq çalışdırıcısı İliye Karp Moldova futbol yığmasının baş məşqçisi təyin edilib
# 28 iyun 2007 15:58 (UTC +04:00)
“Gənclərbirliyi” klubunun sabiq çalışdırıcısı İliye Karp Moldova futbol yığmasının baş məşqçisi təyin edilib. “APA-Sport” agentliyinin məlumatına görə, İ. Karp bundan sonra Moldovanın olimpiya yığma komandasını çalışdıracaq. “Gənclərbirliyi”nin sabiq çalışdırıcısının yığmaya təyinatı Moldova Futbol Federasiyasının İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında təsdiqlənib. İ. Karpın anlaşması 2009-cu il Avropa çempionatının seçmə mərhələ oyunların sonunadək nəzərdə tutulub. Qeyd edək ki, İ.Karp bir ay öncə “Gənclərbirliyi” ilə müqaviləsi başa çatdığından, klubla yollarını ayırıb. Ötən ilin oktyabrında “Gənclərbirliyi”nə baş məşqçi təyin edilən İ. Karp komandanın güclülər dəstəsində yerini qoruması vəzifəsini yerinə yetirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR