Bank Of Baku

Ruben Ayrapetyan: “UEFA ilə münaqişəyə girməmək üçün İdman Arbitraj Məhkəməsinə müraciətdən imtina etmişik”

Ruben Ayrapetyan: “UEFA ilə münaqişəyə girməmək üçün İdman Arbitraj Məhkəməsinə müraciətdən imtina etmişik”
# 29 iyun 2007 09:03 (UTC +04:00)
“Əvvəllər bildirmişdim ki, Ermənistan və Azərbaycan milli komandaları arasında görüş neytral meydançaya keçiriləcəyi təqdirdə, İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyik. Lakin UEFA tərəfindən oyunların ləğvindən sonra məhkəməyə üz tutmağımızın doğru qərar olacağını düşünmürəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan bildirib. Onun sözlərinə görə, UEFA ilə münaqişəyə girmək istəmədiklərindən İdman Arbitraj Məhkəməsinə müraciətdən vaz keçiblər. EFF prezidenti UEFA-nın Azərbaycan və Ermənistan milliləri arasındakı oyunları ləğv edərək, hər iki yığmaya 0 xal verilməsinə dair qərarın gözlənilməz olduğunu deyib: “Düşünürdük ki, bizim üçün ən pis halda hər iki oyun neytral meydançalarda keçiriləcək”. Qeyd edək ki, hazırda futbol üzrə yığma komandamız Avropa çempionatı çərçivəsində keçirilən qrup oyunlarında 5 xalla sonuncu pillədə qərarlaşıb. Komandamızı iki xal qabaqlayan Ermənistan millisi isə Belçika ilə 5-6-cı yerləri bölüşdürür. Bundan başqa Ermənistan yığması Azərbaycana nəzərən bir oyun az keçirib. İki ölkə millisi arasındakı oyunlar sentyabrın 8-də Bakıda, bundan dörd gün sonra isə İrəvanda keçirilməli idi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR