Bank Of Baku

Sentyabrda Azərbaycan və Suriya futbol komandaları arasında yoldaşlıq görüşü keçirilə bilər

Sentyabrda Azərbaycan və Suriya futbol komandaları arasında yoldaşlıq görüşü keçirilə bilər
# 29 iyun 2007 09:04 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandası sentyabrın 12-də Suriya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, bu məqsədlə AFFA dünən Suriya Ərəb Futbol Federasiyasına faks göndərib. Məktubda yığmamızın sentyabrın 12-də bu ölkənin milliləri ilə səfərdə oyun keçirmək istədiyi bildirilib. Suriya futbol rəsmilərinin bu müraciətə gələn həftə cavab verəcəyi gözlənilir. Qeyd edək ki, indiyə kimi Azərbaycanla Suriya arasında rəsmi və qeyri-rəsmi oyunlar keçirilməyib. Hazırda Suriya yığması FİFA-nın reytinq cədvəlində Azərbaycandan 5 pillə aşağıda 114-cü yerdə qərarlaşıb. Qeyd edək ki, milli komandamızın sentyabrda yoldaşlıq görüşü keçirməsi əvvəlcədən planlaşdırılmayıb. UEFA-nın Avropa çempionatının seçmə mərhələsində Ermənistanla oyunların keçirilməməsi barədə qərarından sonra belə bir oyunun keçirilməsinə zərurət yaranıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR