Bank Of Baku

AFFA-nın baş katibi postu Yaşar Sultanova təklif olunub

AFFA-nın baş katibi postu Yaşar Sultanova təklif olunub
# 29 iyun 2007 11:00 (UTC +04:00)
“Turan” klubunun icraçı-direktoru Yaşar Sultanova AFFA-nın baş katibi vəzifəsi təklif edilib. “APA-Sport” agentliyinin məlumatına görə, bu təklifi AFFA prezidenti Ramiz Mirzəyev irəli sürüb. AFFA İcraiyyə Komitəsinin (İK) üzvü olan Y. Sultanovun baş katib vəzifəsinə yaxın günlərdə təyin olacağı gözlənilir. Prosedur qaydalara görə, baş katib postuna namizəd AFFA prezidentinin təqdimatı əsasında İcraiyyə Komitəsi tərəfindən təsdiqlənir. Qeyd edək ki, AFFA-nın keçmiş baş katibi Fuad Əsədov iyunun 13-də tutduğu vəzifədən istefa verib. Onun vəzifəsini müvəqqəti olaraq, AFFA prezidentinin köməkçisi Ələddin Ağayi icra edir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR