Bank Of Baku

“Xəzər-Lənkəran” Çempionlar Liqasının ilk mərhələsində Zaqrebin “Dinamo” klubu ilə görüşəcək

“Xəzər-Lənkəran” Çempionlar Liqasının ilk mərhələsində Zaqrebin “Dinamo” klubu ilə görüşəcək
# 29 iyun 2007 12:36 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, UEFA-nın bu gün İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkün nəticəsinə əsasən “Xəzər-Lənkəran” ÇL-in ilk təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. “Xəzər-Lənkəran” ilk oyununu evdə keçirəcək. ÇL-nin ilk təsnifat mərhələsinin oyunlarının iyulun 17-18-i, cavab görüşlərinin bir həftə sonra Zaqrebdə keçirilməsi nəzərdə tutulub. Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları iyulun 31-i -avqustun 1-i, cavab görüşləri bir həftə sonra keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR