Bank Of Baku

“Xəzər-Lənkəran” Çempionlar Liqası çərçivəsində ev oyunlarını Lənkəranda keçirəcək

“Xəzər-Lənkəran” Çempionlar Liqası çərçivəsində ev oyunlarını Lənkəranda keçirəcək
# 29 iyun 2007 13:32 (UTC +04:00)
“Xəzər-Lənkəran” Çempionlar Liqası çərçivəsində ev oyunlarını Lənkəranda keçirəcək. Bu gün Isveçrənin Nyon şəhərində keçirilən püşkatmada iştirak edən “Xəzər-Lənkəran”ın direktoru Tuyqun Nadirov “APA-Sport” agentliyinə bildirib ki, bu məsələ artıq həll olunub: “UEFA-ya göndərdiyimiz iştirak ərizəsində Tofiq Bəhramov adına Respublika stadionunun da adını göstərmişdik. Ancaq oyunumuzu Bakıda keçirməyə ehtiyac olmayacaq. Çünki Çempionlar Liqasında ev oyunumuzu Lənkərandakı stadionumuzda keçirəcəyik. UEFA artıq bununla bağlı qərar verib. Bəzi xırda məsələlər qalıb ki, onu da ilk oyunadək həll edəcəyik”. Qeyd edək ki, “Xəzər-Lənkəran” Çempionlar Liqasının ilk təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə ilk oyunu öz meydanında keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR