Bank Of Baku

“Xəzər-Lənkəran”ın direktoru Tuyqun Nadirov: “Çempionlar Liqasında layiqli komanda ilə qarşılaşacağımıza görə sevinirik”.

“Xəzər-Lənkəran”ın direktoru Tuyqun Nadirov: “Çempionlar Liqasında layiqli komanda ilə qarşılaşacağımıza görə sevinirik”.
# 29 iyun 2007 14:04 (UTC +04:00)
“Çempionlar Liqasında layiqli komanda ilə qarşılaşacağımıza görə sevinirik”. Bu açıqlamanı “APA-Sport” agentliyinə “Xəzər-Lənkəran”ın direktoru Tuyqun Nadirov verib. O, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticələrindən razı qaldığını qeyd edib: “Çempionlar Liqasının püşkatmasında klubumuzun vitse-prezidenti Mais Mənsimovun başçılıq etdiyi nümayəndə heyəti ilə iştirak edirdik. Çox yüksək səviyyədə keçən püşkatmadan sonra rəqibimiz Xorvatiyanın “Dinamo” klubunun nümayəndələri ilə təmas qurduq. Rəqibimiz “Xəzər-Lənkəran” klubu haqda yüksək fikirdədir. Xorvatlar klubumuz haqda müəyyən məlumatlarının olduğunu, ötən mövsümü həm çempion olub, həm də ölkə kubokunu qazanaraq, “qızıl dubl”a başa vurmağımızı qeyd etdilər. Çoxları bəxtimizə güclü rəqibin düşdüyünü deyir. Ancaq belə düşünməyərək, Xorvatiyanın “Dinamo” klubundan çəkinmədiyimizi deyə bilərəm. Çempionlar Liqasında güclü rəqiblə qarşılaşaraq, Avropada nəyə qadir olduğumuzu göstərmək istəyirik. Hesab edirəm ki, “Xəzər-Lənkəran”ın maliyyə imkanları ilk mərhələni adlamağa imkan verir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR