Bank Of Baku

Mahmud Qurbanov: “Xorvatlarla çətin sınaqda mərhələ adlamaq istəyirik”

Mahmud Qurbanov: “Xorvatlarla çətin sınaqda mərhələ adlamaq istəyirik”
# 29 iyun 2007 15:31 (UTC +04:00)
“Çempionlar Liqasında çıxış ediriksə, hər bir rəqib bizim üçün güclüdür”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun 34 yaşlı kapitanı Mahmud Qurbanov söyləyib. M. Qurbanov Çempionlar Liqasının ilk təsnifat mərhələsində qarşılaşacaqları Xorvatiyanın “Dinamo” klubunun güclü rəqib olduğunun bildirib: “Püşkdən əvvəl hansı rəqiblərlə düşə biləcəyimizə nəzər yetirmişdim. Xorvatiyanın “Dinamo” klubu potensial rəqiblərimiz arasında ən güclü komandalardan idi. Düzdür, Zaqrebin “Dinamo” klubu Avropanın ən güclü klublarından olmasa da, hər halda ortabablardandır. Ümumiyyətlə, Xorvatiya futbolu həmişə güclü olub. Ancaq püşkün nəticəsi bizdən asılı olmadığına görə, şikayətlənməyə dəyməz. Çempionlar Liqasına vəsiqə qazanan komanda zəif olmur”. M. Qurbanov “Dinamo” ilə mübarizədə şansları dəyərləndirmək istəmədiyi qeyd edib: “Bəxtimizə güclü rəqib düşüb deyə, ruhdan düşməməliyik. “Xəzər-Lənkəran” Çempionlar Liqasında ilk dəfə çıxış etdiyindən, uğur qazanmağa çalışacağıq. Xorvatlarla çətin sınaqda mərhələ adlamaq istəyirik. “Dinamo” oyuna qələbə qazanmaq üçün çıxacağıq. İkinci mərhələdə potensial rəqiblərimiz olan Sloveniyanın “Domjale” və Albaniyanın “Tirana” klubu Zaqreb “Dinamo”su ilə müqayisədə nisbətən zəif ola bilər. Ancaq əvvəlcə “Dinamo” səddini aşıb, sonra növbəti mərhələ haqqında fikir yürüdərik”. Qeyd edək ki, M. Qurbanov “Xəzər-Lənkəran”ın Avstriyadakı hazırlıq prosesinə gələn həftə qoşulacaq. Əvvəl pasport problemi olan “Xəzər-Lənkəran”ın kapitanı hazırda viza problemi ilə üzləşib ki, bu məsələnin həlli gələn həftənin əvvəlinə qalıb. Qeyd edək ki, viza məsələsini həll edən “Xəzər-Lənkəran”ın məşqçisi Samir Ələkbərov, seleksiyaçı məşqçi Bəxtiyar Musayev və klubun yeni transferi Elmar Baxşıyey bu gün Avstriyaya yollanıblar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR