Bank Of Baku

Branko İvankoviç: “Yüksək motivasiya ilə çıxış etsək, “Xəzər-Lənkəran” səddini keçə bilərik”

Branko İvankoviç: “Yüksək motivasiya ilə çıxış etsək, “Xəzər-Lənkəran” səddini keçə bilərik”
# 29 iyun 2007 16:04 (UTC +04:00)
“Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkünün nəticələrindən razıyam”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycanın “Xəzər-Lənkəran” klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi olan Zaqrebin “Dinamo” komandasının baş məşqçisi Branko İvankoviç söyləyib. Onun sözlərinə görə, ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq “Xəzər-Lənkəran” klubu haqqında məlumata malik deyillər. Lakin B. İvankoviç Azərbaycan çempionu və kubokunun sahibinə qarşı yüksək motivasiya ilə çıxış edəcəklərini vurğulayıb: “Biz öz təcrübəmizdən yararlanaraq, yüksək motivasiya ilə çıxış etsək, “Xəzər-Lənkəran” səddini keçə bilərik”.
Qeyd edək ki, ötən mövsüm Xorvatiya çempionu olan Zaqreb “Dinamo”su Avropa kuboklarında indiyədək keçirdiyi 129 oyunda 47 qələbə, 31 heç-heçə və 51 məğlubiyyət alıb. “Xəzər-Lənkəran” “Dinamo” ilə ilk oyunu 17 (18) iyulda öz meydanında, cavab görüşünü isə bundan bir həftə sonra səfərdə keçirəcək. Qalib komanda ikinci təsnifat mərhələsində “Domjale” (Sloveniya) “Tirana” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR