Bank Of Baku

Ramin Musayev: “Rid” “Neftçi”dən on dəfə güclü komandadır”.

Ramin Musayev: “Rid” “Neftçi”dən on dəfə güclü komandadır”.
# 29 iyun 2007 16:39 (UTC +04:00)
“Püşkdə Azərbaycan klublarının heç birinin bəxti gətirmədi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında İsveçrədəki püşkatmada iştirak edən “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev bildirib. R. Musayev “Neftçi”ni UEFA kubokunda Avstriyanın “Rid” klubu ilə çətin sınaq gözlədiyini söyləyib: “Rid” Avstriya çempionatını ikinci yerdə başa vurub. Komandada Avstriyaya yığmasına cəlb edilən futbolçular var. “Rid”də Polşa yığmasında da çıxış edən futbolçuları olması haqda məlumat almışıq. “Rid” “Neftçi”dən on dəfə güclü komandadır. Buna görə də rəqibimizin növbəti mərhələyə çıxmaq şansı daha çoxdur. Hər halda “Neftçi” də Azərbaycan futbolunun flaqmanı kimi sonadək mübarizə aparacaq”. R. Musayev püşkatmadan sonra “Rid” ilə yanaşı, “Xəzər-Lənkəran”ın rəqibi olan Xorvatiyanın “Dinamo” klubunun nümayəndələri ilə də təmas qurduqlarını bildirib: “Xorvatiyalılar “Xəzər-Lənkəran” haqda soruşanda Lənkəranı tərifləyərək, oranın çox səfalı yer olduğunu bildirdim. Bunu “Xəzər-Lənkəran”ın oyununu Lənkərandakı stadionunda keçirmək məqsədilə etdik. “Dinamo”nu arxayınlaşdırmaq məqsədilə “Xəzər-Lənkəran”ın zəif komanda olaraq Avropaya çıxmaqla daha çox özünü reklam etdiyini bildirdik”. Qeyd edək ki, hazırda Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” iyulun 11-dək orada hazırlıq keçəcək. “Rid” ilə ilk oyun iyunun 19-da Avstriyada keçirilsə də, “Neftçi”nin həmin vaxtadək orada qalacağı dəqiqləşməyib: “Qismət belə imiş ki, UEFA kubokuna Avstriyada hazırlaşırıq, rəqibimiz də bu ölkənin komandasıdır. “Rid”in təmsil etdiyi Rid şəhəri komandamızın Avstriyada qaldığımız Zalsburqdan 100 kilometr aralıda yerləşir. Ancaq ilk oyunadək Avstriyadakı qalacağımız bəlli deyil. Çünki Avstriyada nəzərdə tutulduğundan çox qalanda viza problemi ilə üzləşirsən. Viza problemini həll edə bilsək, Avstriyanı ilk oyundan sonra tərk edəcəyik. Əks təqdirdə Bakıya qayıdıb, bir daha Avstriyaya yollanmalı olacağıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR