Bank Of Baku

“Bakı” İntertoto kubokunda mübarizəni dayandırıb

“Bakı” İntertoto kubokunda mübarizəni dayandırıb
# 02 iyul 2007 08:35 (UTC +04:00)
“Bakı” futbol klubu Azərbaycanı təmsil etdiyi UEFA İntertoto kubokunda mübarizəni ilk mərhələdə dayandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Bakı” Moldovanın “Daçiya” klubu ilə səfərdəki görüşdə 2:4 hesabı ilə məğlub olub. Bakıdakı ilk oyunda olduğu kimi, Kişinyovdakı qarşılaşmada da 1:1 hesabı qeydə alınıb. Bu dəfə də “Bakı”nın qapısına vurulan qolun müəllifi “Daçiya”nın hücumçusu Valeri Onila olub. Komandamız 8-ci dəqiqədə buraxdığı qola oyunun sonuna 29 dəqiqə qalmış gürcüstanlı yarımmüdafiəçisi Amiran Mucirinin vurduğu qolla cavab verib. Cütün qalibi əlavə vaxtda da müəyyənləşmədiyindən, oyun sonrası penalti zərbələri təyin edilib. “Bakı”nın seneqallı qapıçısı ilk iki penaltini zərbəsini dəf etsə də, bu, “Daçiya”nı məğlub etmək üçün yetərli olmayıb. Belə ki, “Bakı”nın yeni transferi Asen Nikolov, Romal Hüseynov və kapitanı Rafael Əmirbəyovun zərbələri dəqiq olmayıb. “Daçiya”nın penaltidən üç dəqiq zərbəsinə yalnız Samir Musayev eyni cavab verib. “Daçiya”nı ikinci mərhələyə çıxaran həlledici zərbənin müəllifi Bakıdakı oyunda avtoqola imza atan Maksim Andronik olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR