Bank Of Baku

İqor Ponomaryov “Maşuk-KMV” klubundan qovulub

İqor Ponomaryov “Maşuk-KMV” klubundan qovulub
# 02 iyul 2007 09:02 (UTC +04:00)
Azərbaycan milli komandasının sabiq çalışdırıcısı İqor Ponomaryov baş məşqçisi olduğu Rusiyanın “Maşuk-KMV” klubunun qovulub. “APA-Sport” agentliyinin məlumatına görə, “Maşuk-KMV”nın çıxış etdiyi Rusiya çempionatının birinci dəstəsində ardıcıl üçüncü məğlubiyyətini almağı İqor Ponomaryovun vəzifəsini itirməsi ilə nəticələnib. 20-ci turda öz meydanında Bryanskın “Dinamo” klubuna 1:3 hesablı məğlubiyyətdən sonra “Maşuk-KMV” klubunun prezidenti Aleksandr Saxtaridi İ.Ponomaryovun tutduğu vəzifədən kənarlaşdırıldığını bəyan edib. Baş məşqçi vəzifəsini İ.Ponomaryovun köməkçisi olan Sergey Catiyev icra edəcək. 18 oyundan sonra hesabında 16 xal olan “Maşuk-KMV” son turdakı məğlubiyyət nəticəsində turnir cədvəlində bir qədər geriləyib. Belə ki, İ.Ponomaryovun sabiq komandası 22 komanda arasında 19-cu pillədə qərarlaşıb. İl yarım “Maşuk-KMV”də baş məşqçi işləyən İ.Ponomaryov komandanın ötən il Rusiya çempionatının birinci dəstəsində ilk mövsümündə yerini qorumaq vəzifəsini yerini yetirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR