Zeynal Məmmədov: “Kişinyovda bəzi futbolçularımız penalti zərbəsini vurmaqdan imtina etdi”

Zeynal Məmmədov: “Kişinyovda bəzi futbolçularımız penalti zərbəsini vurmaqdan imtina etdi”
# 02 iyul 2007 16:19 (UTC +04:00)
“Daçiya” ilə Bakıdakı görüşdə komandamızın göstərdiyi oyun sıfıra bərabər idi. Ancaq Kişinyovdakı görüş yaxşı mənada müqayisə edilməz oldu. Yeniləşən “Bakı”nın oyununda getdikcə artım hiss olunur”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov bildirib. Z.Məmmədov “Daçiya” ilə cavab görüşündə komandanın oyunundan razı qaldığını vurğulayıb: “Kişinyovda sanki meydan sahibi biz idik. 8-ci dəqiqədə qapımıza vurulan qoladək hesabı açmaq üçün iki real imkanımız oldu. Qapımıza vurulan qol isə kuryoz alındı. Futbolçularımız topun xətdən çıxdığını düşünərək dayandılar. Ancaq top gözlənilənlərin əksinə olaraq meydanı tərk etmədi və Bakıda qapımıza qol vuran “Daçiya”nın hücumçusu komanda yoldaşının ötürməsini dəyərləndirdi”. Z.Məmmədov oyun sonrası penaltilərin lotereya sayıb, vurulmamağına haqq qazandırmadığını qeyd edib: “Çoxları penaltiləri lotereya sayaraq, bu zaman bəxtdən çox şey asılı olduğunu deyir. Penalti lap lotereya olsa da, bunu dəqiq yerinə yetirmək lazımdır. Axı penaltilərlə bağlı başımıza bir dəfə xoşagəlməz hadisə gəldiyindən, bundan nəticə çıxartmaq lazım idi. Yanvarda Moskvada “MDB və Baltikyanı ölkələrin çempionlarının kuboku” turnirində ¼ finalda Rusiyanın MOİK klubunun əvəzedicilərinə oyun sonrası penaltilərlə uduzmuşduq. “Daçiya” ilə cavab oyununda bəzi futbolçularımız penalti zərbəsini vurmaqdan imtina etdi. Bu da CSKA ilə görüşdəki uğursuzluqla bağlı idi ki, bunu yada salan futbolçularımızdan bəziləri penaltini nöqtəsinə yaxınlaşmaqdan boyun qaçırdı. Misal üçün, Kişinyovdakı oyunda qol vuran Amiran Muciri Moskvada penaltini dəqiq vurmadığından, bu dəfə zərbəni vurmaqdan imtina etdi. Belə olan halda, özlərinə inam olan Asen Nikolov, Ramal Hüseynov və Rafael Əmirbəyovu penaltini yerinə yetirməyə imkan yaratdıq. Onlar da etimadı doğrultmalıdırlar. Rafaellə Ramalın zərbələri yandan keçdi, Asenin zərbəsini qapıçı dəf etdi. Asen zərbəni vurmamaqdan çox pis olaraq, karyerasında ilk dəfə penaltini dəqiq yerinə yetirmədiyini söylədi”. Z.Məmmədov “Bakı”nın baş məşqçi postuna yeni mütəxəssisi gətirməyi planlaşdırmaqlarını və hazırkı çalışdırıcı Böyükağa Hacıyevlə əməkdaşlığı davam etdirəcəklərini qeyd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR