Bank Of Baku

Asim Xudiyev “Çernomorets” “Şaxtyor” görüşünün hakim-inspektoru olacaq

Asim Xudiyev “Çernomorets”  “Şaxtyor” görüşünün hakim-inspektoru olacaq
# 02 iyul 2007 16:20 (UTC +04:00)
Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə yeni təyinat gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, A.Xudiyev İntertoto kubokunda Ukraynanın “Çernomorets” və Belarusun “Şaxtyor” klubları arasında keçiriləcək görüşə hakim-inspektor təyin edilib. İyulun 7-də Odessada keçiriləcək bu qarşılaşma İntertoto kubokunun ikinci təsnifat mərhələsinin ilk oyunudur. Qeyd edək ki, “Çernomorets”ə yaxınlarda baş məşqçi həmyerlimiz, A.Xudiyev kimi SSRİ çempionatında “Neftçi”də çıxış etmiş Vitali Şevçenko təyin edilib. A.Xudiyevin qiymət verəcəyi hakimlərlə yanaşı, oyunun UEFA nümayəndəsi haqda AFFA-ya məlumat veriləcək. A.Xudiyev az öncə iyunun 6-da Macarıstanda bu ölkənin olimpiya yığmasının Latviya ilə 2009-cu il Avropa çempionatının seçmə mərhələ oyunları çərçivəsində görüşünün hakim-inspektoru olmuşdu. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR