Bank Of Baku

Mahmud Qurbanov “Xəzər-Lənkləran”dan qovulub

Mahmud Qurbanov “Xəzər-Lənkləran”dan qovulub
# 03 iyul 2007 09:10 (UTC +04:00)
“Mahmud Qurbanov nizam-intizam qaydalarını pozduğu üçün komandanın sıralarından xaric edilib”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran”ın direktoru Tuyqun Nadirov deyib. T.Nadirov futbolçunun “Xəzər-Lənkəran”ın üzvlərindən heç kimlə insidentinin olmadığını qeyd edib: “Mahmudun klub rəhbərliyi ilə çox gözəl münasibətləri var. Onun heç kimlə problemi olmayıb. Mahmud əsas futbolçumuz, komandanın kapitanı kimi ötən mövsümü “qızıl dubl”la başa vurmağımızda böyük əməyi olub. Sadəcə, klubdaxili nizam-intizam qaydalarının pozduğu üçün onu heyətdən kənarlaşdırmağı məqsədəuyğun saydıq. Klubumuzda daxili nizam-intizam qaydaları var və onu pozana sıralarımızda yer yoxdur. Mahmud konkret açıqlamaq istəmədiyim nizam-intizam qaydalarına əməl etməyib”. T.Nadirov M.Qurbanovun başqa kluba özbaşına keçə bilmədiyini söyləyib: “Mahmud “Xəzər-Lənkəran”la iki illik müqavilə bağlamışdır. Onun hələ bizimlə bir illik müqaviləsi var. Mahmudun müqavilə şərtlərini əməl etmişdik. Mahmudun bizimlə müqaviləsi olduğundan, transferə çıxarılıb”.
Qeyd edək ki, M.Qurbanov az öncə komanda ilə birgə viza probleminə görə Avstriyaya yollana bilməməyini əsas gətirirdi. T.Nadirov “Xəzər-Lənkəran”da viza ilə bağlı problemin olmadığını bildirib: “Bizdə komanda üzvləri üçün yarım illik Şengen vizası var. Mahmudun “Xəzər-Lənkəran”dakı taleyinə tam aydınlıq gəlmədiyindən, bu müddətdə rəsmi açıqlama verilmirdi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR