Bank Of Baku

Azərbaycan yığması Rusiya ilə heç-heçə oynayıb

Azərbaycan yığması Rusiya ilə heç-heçə oynayıb
# 04 iyul 2007 09:13 (UTC +04:00)
17 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) I Qaradəniz İdman Oyunlarının qrup mərhələsi çərçivəsində ilk matçına çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız Türkiyənin Giresun şəhərində Rusiya ilə qarşılaşıb. Baş məşqçi Yaşar Vahabzadə start heyətdə Səlahət Ağayev, Sərraf Yusifzadə, Novruz Məmmədov, Fariz Məmmədov, Emin Mustafayev, Orxan Həsənov, Eşqin Quliyev, Pərviz Bayramov, Amid Quluzadə, Tural İsgəndərov və Şəhriyar Xəlilova şans verib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Qrupun digər matçında Moldova Ermənistan üzərində 1:0 hesablı qələbə qazanıb. Milli komandamız bu gün Bakı vaxtı ilə saat 19:00-da Moldovanı sınağa çəkəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR