Bank Of Baku

Yunis Hüseynov “Standard Bakı” klubuna baş məşqçi təyin ediləcək

Yunis Hüseynov “Standard Bakı” klubuna baş məşqçi təyin ediləcək
# 04 iyul 2007 10:39 (UTC +04:00)
Azərbaycan çempionatının güclülər dəstəsinə vəsiqə qazanan “Standard Bakı” klubunun baş məşqçi postunda dəyişiklik baş verəcək. Klubun təsisçilərindən olan Kamil Məmmədov “APA-Sport” agentliyinə açıqlamasında baş məşqçi postuna Yunis Hüseynovu təyin etməyi planlaşdırdıqlarını bildirib: “Yunis Hüseynovun komandamızın yeni baş məşqçisi olacağı rəsmiləşməyib. Bu təyinatı reallaşdırmaq yönündə iş aparırıq. Onunla danışıqlarımız davam edir. Bu gün Hüseynovla heç bir görüşümüz, söhbətimiz olmayıb. Hər şeyə sabah aydınlıq gələcək. Belə ki, sabah klub daxili iclasımız və baş məşqçi məsələsinə son qoyulacaq”. K.Məmmədov komandanı güclülər dəstəsinə çıxaran 37 yaşlı baş məşqçi Vladislav Qədirovun taleyinə tam aydınlıq gəlmədiyini bildirib. Klub təsisçisi daha təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirməyi planlaşdırmaqla yanaşı, keçmiş çalışdırıcı ilə vidalaşmaq istəmədiklərini qeyd edib: “Qədirovu klubda saxlamaq istəyirik. Onun məşqçi işləyəcəyi, yaxud başqa postu tutacağı sabahkı klubdaxili iclasda aydınlaşacaq”.
Qeyd edək ki, V.Qədirovla SSRİ çempionatında “Neftçi”də bir yerdə çıxış edən Y.Hüseynov bir ay öncə Yevlaxın “Karvan” klubu ilə yollarını ayırdıqdan sonra işsiz qalıb. Y.Hüseynov “Karvan”da işlədiyi üç ildə komandaya bürünc və gümüş medal qazandırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR